01.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyıt Mərkəzinin Qaraçinar kənd Mədəniyyət Evində Şəfəq kənd Mədəniyyət Evi, Qaraçinar və Şəfəq kənd Kitabxana Filiallarının birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək" mövzusunda dəyirmi masa keçirilib
Tədbirdə mədəniyyət sahəsində çalışan əməkdaşlar, tələbə-gənclər, valideynlər, habelə Meşəli kənd Tibb Məntəqəsinin həkim əməkdaşı iştirak etmişlər.
Dəyirmi masanın keçirilməsindən məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, onlarda narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaqdır. Dəyirmi masada “Narkotika və sağlamlıq”, “Başlanğıc səhv”, “Asılılıq necə başlanır”, “Narkotika həyatı məhv edir” və digər mövzular ətrafında maraqlı müzakirələr aparılmışdır.
Tədbirdə gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadlarından danışılıb və bununla bağlı əhali arasında maarifləndirmə işlərinin aparıldığı, mətbuatda məqalələrin dərc edildiyi bildirilib. Şəhərdəki təlim-tərbiyə müəssisələrində, məktəblərdə müntəzəm olaraq aidiyyəti təşkilatlarla birlikdə narkotik vasitələrin və psixotrop maddələrin zərərli nəticələri ilə bağlı profilaktik işlərin görüldüyü qeyd edilib.